" Son illər Qərb ölkələrində, xüsusilə Avropada İslam düşmənçiliyi və ksenofobiya vətəndaşlarımızın təhlükəsizliyini təhdid edən böyük bir epidemiyaya çevrilib. Demək olar ki, hər gün məscidlərimiz və müsəlmanların iş yerləri yandırılır. Mühacirlər və müsəlmanlar da ifrat sağçı hərəkatların hədəfindədir".
Bu sözləri ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, sosial media və bəzi siyasətçilər sözün əsl mənasında irqçi nifrətin yayılmasını təşviq edir və odun üstünə benzin tökürlər: "Türkiyə olaraq vətəndaşlarımızın yaşadığı ölkələrdə ifrat sağçı hərəkatları və nifrət ifadələrini yaxından izləyirik. Biz onu tələb edirik ki, irqçilik kimi İslam düşmənçiliyi də cinayət kimi təsnif edilməli və qanuni sanksiyalara məruz qalmalıdır. Müsəlmanlara qarşı düşmənçiliklə mübarizəyə rəhbərlik etməyə davam edəcəyik".
Nərgiz,
Sitat.info