Zelenski ən təhlükəli anda “qələbə planı” ilə ABŞ-a yollanır

15:59 23 Sentyabr 2024

Ukrayna  prezidenti Vladimir Zelenski ABŞ-da noyabrda keçiriləcək seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Ukraynanın müharibəsi ilə bağlı Ağ Evin siyasətinin dəyişməməsinə çalışır. Buna görə də, bu həftə ən yaxın müttəfiqinə “qələbə planı”nı təqdim etmək üçün ABŞ-a səfər edir.
Sitat.info xəbər verir ki, Ukrayna lideri Zelenskinin sabah BMT Baş Assambleyasında çıxış edəcək. O səfər zamanı qələbə planını prezident Co Baydenə və onun iki potensial varisi Kamala Harris və Donald Trampa təqdim etmək istədiyini bildirib.
Zelenski deyib ki, plan Qərb tərəfindən dəstəklənərsə, bu, Rusiya prezidenti Vladimir Putini müharibəni diplomatik yolla bitirməyə məcbur edəcək: "Qələbə planı strateji tərəfdaşlarımızın sürətli və konkret addımlarını nəzərdə tutur - indidən başlamaqla dekabrın sonuna qədər davam etməlidir"
O əlavə edib ki, qələbə planı Kiyevin bu ilin sonunda keçirmək istədiyi və Rusiyanı dəvət etmək istədiyi də nəzərdə tutduğu ikinci sülh sammitinə “körpü” rolunu oynayacaq.

Nigar,

Sitat.info



Xəbər xətti