Rusiya Ukraynanın Kursk bölgəsinə 7 həftədir davam edən müdaxiləsi nəticəsində 56 mülki vətəndaşın həlak olduğunu, 266 nəfərin yaralandığını bildirib.
Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib.
Kiyev transsərhəd hücumuna avqustun 6-da başlayıb və Kursk bölgəsinə daxil olub. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl sentyabrın 5-dək ölənlərin sayının 31 olduğunu bildirmişdi. Yeni sayı sentyabrın 20-dək olan dövrü əhatə edir.
Röyters yazır ki, Rusiyanın saxta rəqəmlərlə və bunu təbliğat vasitəsinə çevirməklə bağlı uzun tarixçəsi var, ona görə də, bu faktları dəqiqləşdirmək mümkün deyil. Amma Rusiya vəziyyəti beynəlxalq ictimaiyyətə göstərmək istəyirsə, BMT və BQXK-ya imkan yarada bilər.
Ancaq Kreml hesab edir ki, Ukraynanın Birləşmiş Millətlər Təşkilatını və Beynəlxalq Qızıl Xaç Komitəsini Kursk bölgəsinə dəvətini “təxribat”dır.
Xatırladaq ki, Zelenski bu ayın əvvəlində Ukrayna qüvvələrinin Kursk vilayətində 1300 kvadrat kilometrdən çox ərazidə 100 yaşayış məntəqəsinə nəzarət etdiyini bildirib.
Nərgiz,
Sitat.info