Ukraynadan təkzib: "Kurska hücum zamanı mülki şəxsləri hədəf almırıq"

17:11 23 Sentyabr 2024

Ukrayna Rusiyanın Kurskda mülki insanların öldürülməsi ilə bağlı ittihamlarına cavab verib. 

Sitat.info Röytersə istinadən xəbər  verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü  bu barədə danışıb.

O bildirib ki, Ukrayna beynəlxalq humanitar qanunlara əməl edir və Rusiyanın qərbindəki Kursk bölgəsinə indiki müdaxiləsi zamanı mülki insanları hədəf almır.
Sentyabrın 23-də Rusiya Ukraynanın işğalı zamanı azı 56 mülki şəxsin həlak olduğunu, 266 nəfərin isə yaralandığını bildirib.
Qeyd edək ki, Zelenski vəziyyətin müşahidə edilməsi üçün BMT və BQXK-nin Kurska girişinə imkan verilməsini təklif edib, Rusiya isə bu təklifi təxribat adlandırıb. Adı çəkilən qurumlardan isə hələlik cavab verilməyib. 

Nərgiz,

Sitat.info



Xəbər xətti