Rusiyada saxlanılan keçmiş vəkil Elman Paşayev həbsindən apellyasiya şikayəti verib.
Sitat.info xəbər verir ki, bu barədə Moskva Qarnizonu Hərbi Məhkəməsindən bildirilib.
“Paşayevin apellyasiya şikayəti məhkəmədə qeydə alınıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, sentyabrın 17-də Rusiya Hərbi İstintaq Komitəsi Paşayevin saxlanıldığı barədə məlumat yayıb. Daha sonra azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev barəsində məhkəmə həbs qərarı seçilib. Bildirilib ki, Paşayev 46 milyon rubldan çox dələduzluqda şübhəli bilinir.