İranın keçmiş xarici işlər naziri və hazırda strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərif HƏMAS lideri İsmayıl Haniyənin qətli ilə bağlı danışıb.
Sitat.info Azad İran telegram kanalına istinadən xəbər verir ki, Zərif Tehranın təmkinli davrandığını, lakin qisas almaq hüququnu da özündə saxladığını bildirib:
“Tehranda İsmayıl Həniyənin öldürülməsindən sonra təmkin nümayiş etdirən Tehranın “sionist rejimin” İran ərazisində həyata keçirdiyi bu terror aktına görə istənilən vaxt qisas almaq hüququ var”.
Onun sözlərinə görə, İran Qəzza müharibəsinə son qoymaq üçün digər ölkələrlə əməkdaşlığa hazırdır. İran hökuməti nöz vətəndaşları və digər ölkələrin vətəndaşları üçün daha dinc və sabit dünyaya doğru irəliləmək istəyir.
Zərif vurğulayıb ki, İran müharibə axtarmır, ancaq özünü müdafiə edəcək: "Vitse-prezident vurğulayıb ki, Tramp hökuməti nüvə sazişindən çıxmaqla səhv hesablama aparıb və bu, ikitərəfli uduzmaq deməkdir".
Seymur,
Sitat.info