Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin bəzi müdafiə sənayesi alışlarına mane olan ABŞ sanksiyalarını və NATO müttəfiqlərinin “birtərəfli” tədbirləri ləğv etməyə çağırıb.
Sitat.info xəbər verir ki, müttəfiqlər arasında əlaqələr son illərdə Aralıq dənizinin şərqi, Suriya və Qəzzada siyasi fikir ayrılıqlarından tutmuş, Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına, ABŞ-ın sanksiyalarına və Türkiyənin F-35 döyüş təyyarəsi proqramından çıxarılmasına qədər bir sıra məsələlərə görə gərginləşib.
Bundan sonra Ankara Vaşinqtondan 40 ədəd F-16 Block-70 qırıcı təyyarəsi və 79 modernizasiya dəstinin alınmasına çalışıb.
Müqavilə Türkiyənin İsveçin NATO-ya üzvlüyünə xeyir-dua verməsindən sonra təsdiqlənib, amma sonra münasibətlər soyuqlaşıb.
Ankara və Vaşinqtonun uzunmüddətli hədəfi var ki, 2023-cü ildə təxminən 30 milyard dollar olan ikitərəfli ticarəti 100 milyard dollara qədər artırsınlar. Ərdoğan Nyu-Yorka səfəri zamanı türk və amerikalı iş adamlarına bildirib ki, o, hədəfə çatmağın mümkün olacağına inansa da, qalan məhdudiyyətlər səbəbindən müdafiə sənayesi sahəsində əməkdaşlıq mövcud potensialından çox geridə qalır.
Nərgiz,
Sitat.info