Livanda aviazərbələrdən ölənlərin sayı 500-ü ötdü

16:39 24 Sentyabr 2024

İsrail ordusunun dünən Livanda “Hizbullah” hərəkatının obyektlərinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı artıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Livanın səhiyyə naziri səlahiyyətlərini icra edən Firas Abyad açıqlayıb.

Onun sözlərinə görə, aviazərbələr səbəbindən 558 nəfər ölüb, daha 1835 nəfər isə yaralanıb: “Həlak olanlar arasında 50 uşaq və 94 qadın var”.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 492 nəfərin həlak olduğu, daha 1645 nəfərin isə yaralandığı bildirilirdi.

 



Xəbər xətti