ABŞ-ın keçmiş prezidenti, prezidentliyə namizəd Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasını dəstəklədiyini iddia edib.
Sitat.info xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Tramp Pensilvaniya ştatında keçirilən mitinqdəki çıxışında deyib: “O (Zelenski) onların (Demokratların) bu seçkidə qalib gəlməsini çox istəyir”
Tramp kinayəli şəkildə ABŞ-dan milyardlarla dollar yardım alan Zelenskini “tarixin ən böyük marketoloqu” adlandırıb: "Hər dəfə ölkəmizə gələndə 60 milyard dollar alır”.
Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dayandırıla biləcəyini irəli sürən Tramp, seçiləcəyi təqdirdə Moskva ilə Kiyev arasında sülh razılaşmasının müzakirə oluna biləcəyini qeyd edib.
Tramp deyib ki, seçiləcəyi təqdirdə həm Zelenskiyə, həm də Rusiya prezidenti Vladimir Putinə zəng vuracaq və onları sülh razılaşması əldə etməyə təşviq edəcək.
Nərgiz,
Sitat.info