İsrailin raket hücumunda Hizbullahın yüksək rütbəli daha bir komandiri öldü: Genişmiqyaslı müharibə başlaya bilər...

13:07 25 Sentyabr 2024

Ötən gün İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində Hizbullahın yüksək rütbəli komandiri öldü.

Sitat.info Röytersə istinadən xəbər verir ki, hər iki tərəfin sərhədyanı raket hücumları Yaxın Şərqdə və Livanda tamhüquqlu müharibə qorxusunu artırdı.

Agentlik yazır ki, yalnız Vaşinqton döyüşlərə son qoymağa kömək edə bilər.
Bu gün də səhər saatlarında  Hizbullahın yüksək rütbəli komandiri İbrahim Qubaisinin  sentyabrın 24-də İsrailin Livanın paytaxtına endirdiyi hava zərbələri nəticəsində öldürüldüyünü təsdiqləyib.

İsrail bildirib ki,  Qubaisi qruplaşmanın raket qüvvələrinə rəhbərlik edib.

Seymur,

Sitat.info



Xəbər xətti