Xamenei: İsrailin hücumları Hizbullahı diz çökdürə bilməyəcək

14:02 25 Sentyabr 2024

İsrailin Hizbullahın yüksək səviyyəli komandirlərinə qarşı hücumlarından sonra danışan İranın dini lideri Xamenei, bu hücumların Hizbullahı diz çökdürə bilməyəcəyini deyib.

Sitat.info xəbər verir ki, Hizbullahın təşkilati gücünün və heyətinin çox güclü olduğunu vurğulayan Xamenei bunun təşkilata zərbə vura bilməyəcəyini qeyd edib:

“Hərçənd yüksək səviyyəli bir komandirin öldürülməsi açıq-aşkar bir itkidir, ancaq bu, təşkilata kritik bir zərbə vurmayacaq" dedi.

Qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullahın “hərbi işlər üzrə baş müşaviri” olan və onun “sağ əli” olaraq xarakterizə edilən Fuad Şükür, təşkilatda iki nömrəli adı olduğu bildirilən Rıdvan Qüvvələrinin komandirlərindən İbrahim Akil,  Hizbullahın hərbi qanadından və "Hizbullahın raket sistemlərinin rəhbəri" İbrahim Məhəmməd Kubeysi kimi bir çox yüksək rütbəli komandir İsrailin həyata keçirdiyi hücumlarda öldürülüb.

Nigar, 

Sitat.info

 



Xəbər xətti