Türkiyə Livana hərbi yardım göndərdi

14:12 25 Sentyabr 2024

Türkiyə İsrail hücumlarından əziyyət çəkən Livana hərbi yardım göndərib. 

Sitat.info xəbər verir ki, Türkiyədən Livana humanitar yardım aparan təyyarə paytaxt Beyrutdakı Beynəlxalq Rafik Həriri Hava Limanına enib.

"Türkiyə yardım təyyarəsi İsrailin vəhşi hücumuna qarşı xalqımıza həmrəylik mesajı verir" - Livanda göndərilən yardım bu mesajla qarşılanıb. 

Yardım təyyarəsində 30 ton humanitar və tibbi yardım materialı var.

Seymur,

Sitat.info



Xəbər xətti