Nikol Paşinyanın bu fotosu sərt tənqid olundu: Köçəryanın oğlu nələr dedi...

15:28 25 Sentyabr 2024

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabı ilə poza verməsi Ermənistan ictimaiyyətində rezonans doğurub, əsasən də  müxalifətin  tənqid hədəfinə çevrilib. 

Sitat.info xəbər verir ki, keçmiş prezident Robert Köçəryanın oğlu Levon Köçəryan da bu barədə danışıb və vəziyyəti gülməli adlandırıb.

“Mən bu mövzuda yazmaq istəyirdim, amma gördüm ki, Varujan Geqamyan çox düzgün söyləyib. Biz ən gülməli vaxtlarda yaşayırıq. Belə çıxır ki,  Robert Köçəryanın kitabıyla poza verməsi ayıb, Türkiyə prezidentinin kitabı ilə poza verməsi isə “mahir diplomatiya” sayılır". 

Seymur,

Sitat.info 



Xəbər xətti