Başımı aşağı salıb fikirləşirəm, deyirlər yatmısan... - Deputat

17:47 25 Sentyabr 2024

Təzəlikcə ürəyimdən əməliyyat olunmuşam, başım aşağı olan vaxt şəklimi çəkib, yuxuladığım barədə xəbərlər tirajlayırlar. Elə bir şey yoxdur, sadəcə aşağı baxıb, fikirləşirdim.

Sitat.info xəbər verir ki, bunu 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputat seçilən Səttar Möhbalıyev VII çağırış Milli Məclis deputatlarının ilk iclasında yuxulaması barədə yayılan görüntülərə münasibət bildirərkən Teleqraf.com-a deyib.

Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyindən də səhhətindəki problemlərlə əlaqədar ayrılıb:

"Kim nə yazır-yazsın, yalandır. Sadəcə başımı aşağı salıb baxmışam, götürüb çəkiblər. Ürəyimdəki narahatlığa görə Almaniyaya 20 günlük müalicəyə getməyə hazırlaşıram".

Qeyd edək ki, Prezidentin də iştirak etdiyi VII çağırış Milli Məclisin ilk iclasında bəzi deputatların yuxulaması sosial şəbəkədə tənqid edilib.



Xəbər xətti