Sabah Cəbrayıla ilk köç olacaq

20:50 25 Sentyabr 2024

Cəbrayıl şəhərinə sentyabrın 26-da ilk köç olacaq.

Sitat.info  report-a istinadən xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan 36 ailə (117 nəfər) şəhərə yola salınacaq.

Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhərini işğaldan azad edib.



Xəbər xətti