Mask Meloni ilə “sevgisindən” yazdı

11:26 26 Sentyabr 2024

Amerikalı milyarder İlon Mask İtaliya Baş naziri Corciya Meloni ilə aralarındakı romantik münasibətləri təkzib edib.

Sitat.info xəbər verir ki, bu barədə İlon Mask özünün X səhifəsində yazıb.

“Mən orada anamla birlikdə idim. Baş nazir Meloni ilə heç bir romantik münasibət yoxdur”, - Mask bildirib.

Qeyd edək ki, amerikalı milyarder İlon Maskın Nyu Yorkun “Ziqfeld” bal zalında “Atlantic Council”in (Atlantik Şura) təşkil etdiyi mükafatlandırma mərasimində İtaliya Baş naziri Corciya Meloni ilə münasibətləri söz-söhbətə səbəb olmuşdu. Qərb mətbuatı onların arasında romantik münasibətlərin olduğunu yazırdı./Axar.az 



Xəbər xətti