Əminə Ərdoğan Nyu Yorkdan dünyaya səsləndi - "Bu vəziyyəti görməzdən gələ bilmərik"

13:11 26 Sentyabr 2024

“Mən də könüllü səfirlərin qlobal çağırışına qoşuluram və uşaqlarımızı, bəşəriyyətin gələcəyini qorumaq istəyən hər bir mərhəmətli ölkəni dəvət edirəm"

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan UNİCEF-in Könüllü Səfirlər Qlobal Dəvət proqramında çıxışı zamanı deyib.

Əminə Ərdoğan UNICEF-in Nyu Yorkdakı mənzil-qərargahında özünün, Ailə və Sosial Xidmətlər Nazirliyi və UNİCEF-in birgə əməkdaşlığı ilə təşkil edilən “Bir dəniz ulduzu hekayəsi: Könüllü səfirlərə qlobal dəvət” proqramında  Fələstində baş verənlərdən danışıb. O, oradakı uşaqların təhlükəsizliyi və dincliyi üçün başlatdıqları proqramda iştirakçılarla bir yerdə olmaqdan məmnunluğunu ifadə edib:

 “Bir insanın başqasına edə biləcəyi ən böyük könüllülük ona, ömrü boyu ürəyində daşıyacağı, sevgi və güvən mühitində keçirəcəyi xoşbəxt bir uşaqlıq hədiyyə verməkdir. "Bu düşüncələrlə yetim uşaqlarımızı və valideyn olmaq istəyən himayədar ailələrimizi bir araya gətirmək üçün bütün imkanlarımızı səfərbər edirik. Məqsədimiz dövlət himayəsində olan uşaqların həyat şəraitini yaxşılaşdırmaq və himayədarlıq müəssisəsini gücləndirməkdir".

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti