ABŞ və Fransa da daxil olmaqla 10 ölkə İsrail-Livan arasındakı münaqişələri dayandırmaq və danışıqlar üçün 21 günlük fövqəladə atəşkəsə çağırıb.
Sitat.info xəbər verir ki, Netanyahu Livanda atəşkəs təklifinə cavab vermədiyini, əksinə Hizbullaha qarşı tam mübarizə əmrini verdiyini açıqlayıb:
"Atəşkəs elan olunacaq" xəbərindən sonra baş nazir Benyamin Netanyahunun ofisi açıqlama verib.
"Atəşkəslə bağlı xəbərlər həqiqətə uyğun deyil. Bu, Amerika və Fransanın təklifidir, baş nazir cavab belə vermədi. Baş nazir İsrail ordusuna bütün gücü ilə münaqişələri davam etdirməyi tapşırıb".
Seymur,
Sitat.info