İsraildən atəşkəslə bağlı SON DƏQİQƏ açıqlaması

16:51 26 Sentyabr 2024

İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusuna tam gücdə döyüşləri davam etdirməyi əmr edib və atəşkəs çağırışlarına cavab verməyib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. 

Qeyd edək ki, çərşənbə günü 11 ölkə və Avropa İttifaqı birgə bəyanatda İsrail və "Hizbullah"ı münaqişənin sülh yolu ilə həlli üçün üç həftəlik atəşkəs elan etməyə çağırıb.

Bəyanatı imzalayanlar arasında ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Kanada, Avstraliya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Avropa İttifaqı var.

"Atəşkəslə bağlı xəbərlər həqiqətə uyğun deyil. Bu, ABŞ və Fransadan gələn təklifdir ki, baş nazir buna heç bir reaksiya verməyib", - Netanyahunun ofisi bildirib./Musavat.com



Xəbər xətti