Azərbaycan, ABŞ və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir

18:31 26 Sentyabr 2024

Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.

Sitat.info xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilir.

Tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində baş tutub.




Xəbər xətti