Birinci Qarabağ müharibəsinin şəhidi Mirzəli Quliyev dəfn edildi

19:17 26 Sentyabr 2024

Qalıqları Xocavənd-Ağdam rayonlarının inzibati sərhədində aşkar edilən, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mirzəli Müslət oğlu Quliyevlə Xocavənd rayonunda keçirilən vida mərasimi başa çatıb.

Sitat.info xəbər verir ki, şəhidin nəşi Xocavənd rayonu Qaradağlı kəndi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Xocavənd Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mirzəli Müslət oğlu Quliyev 1952-ci il aprelin 15-də Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində itkin düşüb.



Xəbər xətti