Livana hücumlar davam edəcək - Netanyahu

20:30 26 Sentyabr 2024

İsrailin baş naziri Benyamin Netanyahu Livanda Hizbullaha qarşı hücumları “məqsədə çatana qədər” davam etdirəcəklərini bildirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Netanyahu Nyu Yorkda İsrail mətbuatına  açıqlama verərkən belə deyib. 

 "Bütün məqsədlərimizə çatana qədər Hizbullahı hədəf almağa davam edəcəyik"- deyən Netanyahu bildirib ki, əsas məqsədi Hizbullahla gərginlik səbəbindən İsrailin şimalında didərgin düşənlərin öz evlərinə qayıtmasıdır.

İsrail mətbuatının yazdığına görə,  Netanyahu ABŞ və Fransanın təşəbbüsü ilə Livanda üç həftəlik müvəqqəti atəşkəsin müzakirəsinə icazə verib və nazirlərindən birini bunun üçün təyin edib.

Bu iddiadan sonra Netanyahunun partiyası da daxil olmaqla bir çox koalisiya üzvü sərt reaksiya verib. Reaksiyalardan sonra Baş nazirin mətbuat idarəsi Netanyahunun Livanda müvəqqəti atəşkəs üçün danışıqlara razılıq verdiyi barədə xəbərləri təkzib edib.

Məğrur,

Sitat.info



Xəbər xətti