ABŞ Ukrayna üçün bu silahları alacaq - Pentaqon açıqladı

10:39 27 Sentyabr 2024

ABŞ Müdafiə Nazirliyi Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü proqramı çərçivəsində Ukraynaya hərbi yardım üçün ayrılan 2,4 milyard dollarla nələrin alınacağı barədə ətraflı məlumat verib.

Sitat.info xəbər verir ki, bu proqram çərçivəsində ABŞ rəsmiləri silahları ABŞ hərbi anbarlarından köçürmək əvəzinə istehsalçılardan alır.

2,4 milyard dollar, Co Biden administrasiyası tərəfindən dünən elan edilən kütləvi yardım paketinin bir hissəsidir. Pentaqon daha sonra bu pulla sursat və zenit sistemləri üçün texniki xidmət; havadan  döyüş sursatları, ukraynada dron istehsalı üçün hava dronları və komponentləri, dron əleyhinə avadanlıq; dəniz səthi dronları, rabitə avadanlığı, Ukraynada sursat istehsalı üçün avadanlıq və xammal,  ehtiyat hissələri  , köməkçi avadanlıq və texniki qulluq vasitələri alacağını açıqlayıb. 

Məğrur,

Sitat.info



Xəbər xətti