Türkiyədə əməliyyat: PKK/KCK-nın gizli sığınacaqları aşkar edildi

13:05 27 Sentyabr 2024

Bingöl əyalət polisi terror təşkilatı PKK/KCK üzvlərini zərərsizləşdirmək və müəyyən etmək məqsədilə dünən rayon ərazisində "Şəhid polis Əsgər Vedat Aslan-07 əməliyyatı" təşkil edib.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı terror təşkilatı PKK/KCK-nın ötən illərdə istifadə etdiyi müəyyən edilən 8 otaqlı sığınacaq aşkar edilib.

Bingöl polisi sığınacaqda aparılan axtarış zamanı müxtəlif məişət əşyaları ələ keçirilib, sığınacaq yararsız hala salınıb.

Seymur,

Sitat.info



Xəbər xətti