Livandan Suriyaya köç dalğası: 3 gündə 30 mini keçdi

19:03 27 Sentyabr 2024

BMT-nin  Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Suriya nümayəndəsi Qonzalo Varqas Llosa, İsrailin hücumlarını davam etdirdiyi Livandan son 72 saatda 30 mindən çox insanın Suriyaya keçdiyini bildirib.

Sitat.info xəbər verir ki, qurumdan verilən açıqlamada son 72 saat ərzində 30 mindən çox insan Livandan Suriyaya keçdiyi qeyd olunub. Bu rəqəmin artacağının gözlənilir. 30 min nəfərin  80 faizi suriyalı,  20faizi isə livanlıdır. Köçənlərin 50 faizini uşaq və gənclər təşkil edir.  Qeyd olunur ki, insanların müharibə şəraitində olan ölkədən,  13 ildir münaqişələrin yaşandığı başqa bir ölkəyə köçmək məcburiyyətində qalıblar  ki, bu da çox çətin durumdur. 

Xatırladaq ki, İsrailin Livana qarşı son günlər artan hücumlarında 748 nəfər ölüb.

Nərgiz,

Sitat.info



Xəbər xətti