İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edib.
Sitat.info xəbər verir ki, Türkiyə nümayəndə heyəti və bir çox digər nümayəndə heyətləri zaldan çıxaraq buna etiraz ediblər. Netanyahu çıxışında İordan çayının qərb sahili və Qəzza zolağının Fələstin ərazisini “İsrail” olaraq göstərən xəritədən istifadə edib.
İsrailin baş naziri Netanyahu etirazçıların arasından keçib BMT binasına gələrək çıxışına başlayıb. Netanyahunun nitqinin başlaması ilə Türkiyə nümayəndə heyəti və bir çox nümayəndə heyəti salonu tərk edib.
"Xanımlar və cənablar. Bu il bura gəlməyi planlaşdırmamışdım. Ölkəm bu il müharibədədir. Bizə qarşı buradakı insanlar bəzi yalan və böhtanlaratdıldı, Bunları eşitdikdən sonra danışmaq qərarına gəldim. İsrail üçün danışmaqdayam. İsrail sülh istəyir, zamanı çatdıqda barışacaq. Amma biz barbar düşmənlərlə qarşı-qarşıyayıq, özümüzü müdafiə etmək üçün vuruşuruq, düşmənimiz sivilizasiyamızı məhv etmək istəyir”- deyə Netayahu bildirib.
Məğrur,
Sitat.info