Tehrana ciddi təhdid: "İsrailin  qolu uzundur, İranda çata bilmədiyimiz yer yoxdur"

19:29 27 Sentyabr 2024

İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edib. 

Sitat.info xəbər verir ki, o, İrana İsrailə hücum etməmək barədə xəbərdarlıq edib. 

“Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik. İsrailin  qolu uzundur və İranda əlimizin çata bilməyəcəyi yer yoxdur”. 

Onun sözlərinə görə, İsrail “İranın lənəti” ilə “ərəblər və yəhudilər arasında tarixi normallaşmanın xeyir-duası” arasında bir vəziyyətdədir.

Bir tərəfdən “Lənət”, digər tərəfdən isə “bərəkət” yazılmış xəritəni göstərən Netanyahu bunlardan birinin İranın təcavüzkar rəftarı, digərinin isə İsrail-Ərəb əlaqələrinin potensialı olduğunu dilə gətirib.

Nigar,

Sitat.info 

 



Xəbər xətti