Rusiyadan Tramp-Zelenski görüşünə ilk reaksiya

21:08 27 Sentyabr 2024

Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ prezidentliyinə namizəd Donald Trampın görüşü çətin ki, Kiyev rəhbərinin planını uğursuzluqdan xilas edəcək.

Sitat.info  xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib.

"Zelenskinin qələbə planı iflasa uğradı. Daha bir böyük sual: Bu görüş Kiyev üçün əhəmiyyət kəsb edəcəkmi? Rusiyanın nüvə doktrinasında Vladimir Putinin elan etdiyi dəyişikliklər Kiyev rəhbərinin Amerika turnesinin gündəmini alt-üst etdi", - Slutski vurğulayıb.



Xəbər xətti