Dağıstanda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olanların xatirəsinə 28 sentyabr matəm günü elan olunub.
Sitat.info xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov məlumat yayıb.
“28 sentyabrda Dağıstanda matəm elan etmək qərarına gəldim. Evlərinə kədər gələnlərə bir daha başsağlığı verirəm”, – Məlikov bildirib.
Qeyd edək ki, partlayış nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.