İsrail ordusu Beyrutun cənubundakı Dahiyə bölgəsinə endirdikləri hava hücumunda Hizbullahın baş katibi Həsən Nəsrullahı öldürdüklərini iddia edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusundan belə bir açıqlama verilib.
"Cümə günü axşam Beyrutun cənubunda Hizbullahın qalası olan Dahiyə bölgəsinə edilən hücumda Hizbullahın qurucu liderlərindən birini və hazırkı baş katib Nəsrullahı öldürdük. Eləcə də qrupun cənub komandiri Əli Keraki və digər rəhbər heyəti”.
Hizbullah Nəsrullahın Dahiyə hücumunda öldürüldüyünə dair iddialara hələ ki, cavab verməyib.
Nərgiz,
Sitat.info