Xamneyi təhlükəsiz əraziyə təxliyə edildi

14:34 28 Sentyabr 2024

İranın ali dini lideri Ali Xamneyi gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüldüyü əraziyə köçürülüb.

Sitat.info  xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Bildirilir ki, təxliyə əməliyyatı “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı xəbərlər fonunda həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu “Hizbullah” liderinin öldürülməsi ilə bağlı yayılan informasiyanın doğru olduğu barədə  açıqlama yayıb. /Qafqazinfo



Xəbər xətti