Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BMT baş katibi Antoniu Quterreşlə Moskvada keçirdiyi görüşdə deyib.
Putin bildirib ki, ölkəsi Ukrayna ilə bağlı diplomatik yolda razılıq əldə etməyi gözləyir.
V.Putin, həmçinin Rusiya-Ukrayna nümayəndə heyətlərinin Türkiyədə keçirilən görüşünü müsbət qiymətləndirib.
Putinin açıqlamasından belə bəlli olur ki, müharibənin bitməsi ilə bağlı razılaşma Türkiyədə keçirilən görüşlərdə konkret desək, Ərdoğanın vasitəçiliyi ilə əldə olunub./"Report"