Onun ölümü böyük müharibəyə səbəb olacaq - Peskov

19:09 30 Sentyabr 2024

Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsi Yaxın Şərqdə böyük müharibə riskini artırır.

Sitat.info xəbər verir ki, bu barədə "Beşinci Kanal"a Rusiya liderinin prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, "Hizbullah" hərəkatının rəhbərinin İsrail tərəfindən öldürülməsi regionda sabitliyin pozulmasına gətirib çıxarıb. Peskov İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanda yaşayış məntəqələrinə endirdiyi zərbələrə də diqqət çəkərək, bu cür hərəkətlərin mülki əhali arasında böyük itkilərə səbəb olduğunu qeyd edib.

“Bunun Qəzzada olduğu kimi humanitar fəlakətə gətirib çıxarması qaçılmazıdr”, - Kreml rəsmisi bildirib./Bakupost

 

Onun sözlərinə görə, Rusiya Livana hücumların nəticələrinə biganə qala bilməz.

 

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu “Hizbullah”ın baş katibinin məhvinə şəxsən göstəriş verdiyini deyib. İDF "Hizbullah"ın cənub cəbhəsinin komandiri Əli Kərki və şiə hərəkatının digər komandirlərinin də məhv edildiyini açıqlayıb.



Xəbər xətti