Arakçı Kənanini işdən çıxartdı, yeni sözçü təyin etdi

22:13 2 Oktyabr 2024

İranın xarici işlər naziri Seyid Abbas Arakçı İsmayıl Bəqaini İctimai Diplomatiya Mərkəzinin yeni rəhbəri və Xarici İşlər Nazirliyinin sözçüsü təyin edib.

Sitat.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Nasir Kənanini əvəzləyəcək İsmayıl Bəqai bundan əvvəl xarici işlər nazirinin köməkçisi vəzifəsində çalışıb.

O, bundan əvvəl İranın BMT-nin Cenevrə bölməsindəki səfiri və daimi nümayəndəsi, Xarici İşlər Nazirliyinin hüquq şöbəsinin müdiri və İranın BMT-də hüquq üzrə nümayəndəsi olub.



Xəbər xətti