Mirzoyan forumda yalan fikirlər səsləndirib - XİN

22:34 2 Oktyabr 2024

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə X hesabındakı paylaşımında qeyd edib.

A.Hacızadə eyni zamanda vurğulayıb ki, Varşava Forumu antiazərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib.

"Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub", - o əlavə edib.



Xəbər xətti