İsrail Livandakı döyüşlərdə itki verib - İlk dəfə açıqlandı

08:26 3 Oktyabr 2024

Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı səkkiz əsgər həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Vurğulanıb ki, Qəzza zolağında və Fələstin anklavı sərhədləri boyunca əməliyyatın başlanmasından bəri Müdafiə Ordusunun itkiləri 346 nəfərə çatıb.

Beləliklə, Qəzza sektorunda vəziyyətin gərginləşdiyi 2023-cü ilin oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 723 nəfərə çatıb.



Xəbər xətti