Bakıda məktəblilər arasında bıçaqlanma: ölən var

08:59 3 Oktyabr 2024

Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb.



Xəbər xətti