Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı başlayıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, ümumi yığıncağı AMEA-nın Prezidenti vəzifəsini müvəqqəti icra edən Arif Həşimov giriş nitqi ilə açıb.
Proqrama əsasən, ümumi yığıncaqda AMEA-nın vitse-prezidentləri Rasim Əliquliyev, Dilqəm Tağıyev, İbrahim Quliyev, İradə Hüseynova, İsa Həbibbəyli və Gövhər Baxşəliyeva, eyni zamanda AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Gəncə bölməsinin sədri Fuad Əliyev 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabat verəcəklər.