İsrail İranın nüfuzlu şəxslərini vuracaq - FT

14:43 3 Oktyabr 2024

İsrail İranın hücumuna cavab olaraq, neft obyektlərinə zərbə endirməklə Tehrana iqtisadi ziyan vura bilər.

Sitat.info xəbər verir ki bu barədə “Faynənşl Tayms” qəzeti mənbəyə istinadla məlumat yayıb.

“Müxtəlif variantlar nəzərdən keçirilir, lakin İsrailin İranın neft hasilatı obyektlərinə hücum etməklə ölkəyə iqtisadi ziyan vurma ehtimalı böyükdür. İsrail alternativ olaraq İranın hücumda iştirak edən raket buraxılış qurğularını da vura bilər. Qərb ölkələri İsrail tərəfi ilə müzakirələrdə məhz bu varianta israr edirdi, çünki belə bir zərbə simmetrik hesab ediləcək və yeni qisas ehtimalını azaldacaq. İsrail həmçinin İranın infrastrukturunu deyil, nüfuzlu şəxslərini də hədəfə ala bilər”, - mənbə bildirib./Axar.az 



Xəbər xətti