Böyük Britaniya yarım əsrdən sonra Hind okeanındakı strateji əhəmiyyətli Çaqos adalar qrupunu Mavrikiyə verməyə razılaşıb.
Sitat.info xəbər verir ki, bu barədə Böyük Britaniya və Mavriki baş nazirlərinin birgə bəyanatında qeyd olunub.
"İki illik danışıqlardan sonra bu razılaşma mübahisələrin sülh yolu ilə həllinə və qanunun aliliyinə davamlı öhdəliyimizin nümayişidir. Hər iki ölkə regional və qlobal təhlükəsizlikdə mühüm rol oynayan Dieqo Qarsiyadakı mövcud bazanın uzunmüddətli, təhlükəsiz və effektiv fəaliyyətini təmin etməyə sadiqdir. Müqavilə keçmişin səhvlərini aradan qaldıracaq və hər iki tərəfin Çaqos əhalisinin rifahını dəstəkləmək öhdəliyini nümayiş etdirəcək", - bəyanatda bildirilib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 2019-cu ildə Britaniyadan 6 ay ərzində Çaqos adalarını Mavrikiyə təhvil verməsini tələb etmişdi.