TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir

17:23 3 Oktyabr 2024

Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir.

Sitat.info xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev qurumun 15-ci ildönümü ilə bağlı “Anadolu”da yazdığı məqalədə bildirib.

O bildirib ki, Şuşa Türk dünyası üçün böyük önəmə sahibdir: “Şuşada qəbul edilən Qarabağ bəyannaməsi nəqliyyat, iqlim dəyişikliyi, enerji kimi sahələrdə əməkdaşlığın gücləndirilməsini tələb edir”.



Xəbər xətti