Iran fələstinliləri və müqavimət qüvvələrini İsrail işğalından azad olunana qədər dəstəkləyəcək.
Sitat.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətərdə keçirilən Asiyada Əməkdaşlıq üzrə Dialoq iştirakçılarının üçüncü sammitində deyib.
“Fələstin tamamilə azad olunana qədər Fələstin müqavimətini dəstəkləməyə davam edəcəyik. Bunu Fələstin məsələsində öz məsuliyyətimiz hesab edirik və bu mövqedə möhkəm dayanırıq”, - o bildirib