Livan Rusiyadan yardım istədi

17:54 3 Oktyabr 2024

Livan Yaxın Şərqdəki münaqişənin həlli üçün Rusiyadan diplomatik yardım istəyib.

Sitat.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Livanın Rusiyadakı səfiri Şavki Bou Nassar deyib.

“Görüş zamanı BMT və digər beynəlxalq təşkilatlar da daxil olmaqla, Yaxın Şərq, eləcə də dünyanın bütün maraqlı tərəfləri və nüfuzlu aktorları ilə təmasda diplomatik səyləri gücləndirməyi xahiş etdim. Moskva aydın şəkildə bildirdi ki, Rusiya rəsmiləri sülh yolu ilə həllə dəstək vermək üçün çoxsaylı zənglər edir”, - səfir bildirib.



Xəbər xətti