"Ekologiya postu"ndan başlayaraq hərəkət məhdudlaşdırılır

19:15 3 Oktyabr 2024

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən (“Ekologiya postu” adlanan ərazidən) M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü kilometrinə qədər aparılan təmir-bərpa işləri ilə əlaqədar oktyabrın 4-ü saat 06:00-dan başlayaraq Şamaxı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. Bu zaman yol bağlanmır.

Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.



Xəbər xətti