İsrail hücumu: Beyrut-Dəməşq magistralı bağlandı

10:21 4 Oktyabr 2024

İsrail aviasiyası gecə saatlarında Suriya-Livan sərhədindəki Masnaa keçid məntəqəsinə hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” Livan təhlükəsizlik qüvvələrinə istinadla məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Beyrut-Dəməşq magistralında nəqliyyatın hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Bildirilib ki, İsrail ordununu hücumunun konkret hədəfi olmayıb, sadəcə magistralda hərəkətin dayandırılması üçün zərbələr endirilib.



Xəbər xətti