İranın XİN başçısı Livanda səfərdədir

15:56 4 Oktyabr 2024

 İranın xarici işlər naziri Abbas Əraqçi Livanın Baş naziri Nəcib Mikati ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edilib ki, Nəcib Mikati Beyrutda görüş zamanı İrana çətin anlarda Livan hökumətinə və xalqına dəstək verdiyinə görə, təşəkkür edib. Baş nazir Əraqçiyə Livandakı son hadisələrlə bağlı məlumat verib və BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyini pisləyib.

Əraqçi İsrailin hücumunun dayandırılması üçün beynəlxalq təşkilatların birgə fəaliyyət üçün səfərbər edilməsinin vacibliyini vurğulayıb.



Xəbər xətti