Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi bəyanat yayıb.
APA-nın xəbərinə görə, bəyanatda deyilir:
"Fransa koloniyasında həbsdə olan fəalları dəstəkləmək üçün müxtəlif həmrəylik aksiyalarının davamı olaraq və 20 sentyabr 2024-cü ildə Lion məhkəməsində başlayan silsilə dindirmələrə cavab olaraq Fransanın müxtəlif şəhərlərində, Kataloniyada, Sakit okean hövzəsində, eləcə də Antil adalarında həmrəylik ifadə edən qardaş və bacılara Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi öz təşəkkürünü ifadə edir.
Kollektivimiz bir neçə ay ərzində məlumatlılığın artırılması və informasiya məkanlarının təşkilinə qoyulan səylər çərçivəsində "Kanak Həmrəyliyi" kollektivi və Fransanın Kanak hərəkatı tərəfindən görülən mühüm işləri yüksək qiymətləndirir.
Xüsusilə işimizin qurulmasında mühüm dəstəyə görə "Solidarita" Assosiasiyasına və "EH Bai"yə, eləcə də siyasi məhbus ailələrinə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürümüzü bildiririk".