24 yaşlı bloger faciəvi şəkildə ÖLDÜ - VİDEO

22:19 4 Oktyabr 2024

Gürcüstanda 24 yaşlı sosial media fenomeni Arina Qlazunova bədbəxt hadisə nəticəsində ölüb.

Sitat.info baku.ws-ə istinadən bildirir ki, o keçiddən keçərkən ora düşüb və yerindəcə keçinib. Hadisə Tblisidə yaşanıb.

O, videonu çəkməyə başladıqdan 6-7 saniyə sonra ayağının sıxılması nəticəsində arxada yerləşən metro keçidinin altından düşüb. Qlazunovanın dostunun o anda yaşadığı panik anlar isə mobil telefon kamerasında əks olunub.

Yerli mətbuatda bildirilib ki, hadisədən sonra Qlazunova xəstəxanaya yerləşdirilib, lakin başından yaralanan və boynu qırılan gənc qadın ölüb. Qlazunovanın ölümündən sonra qapının girişində çiçəklər qoyulub.

Keçid ətrafında qorunma olmaması sosial mediada böyük narazılığa səbəb olub. Çox sayda insan hər kəsin orada yıxıla biləcəyini bildirib.

Arina Gürcüstanda mahnı söyləyib rəqs edən bloger kimi tanınırdı. Bloger ömrünün son anlarında rusiyalı musiqi qrupu "Hunger Boys"un "Son dəfə" mahnısını səsləndirib.

 



Xəbər xətti