Xızı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin kimliyi məlum olub.
"Report"un xəbər verir ki, 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə və 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov baş verən hadisə nəticəsində həyatını itirib.
Xızı rayonunun Yaşma qəsəbəsində iki nəfərin ölümü və üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, "BMW X5" markalı avtomobilin yolun kənarına aşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın, şəxsiyyəti dəqiqləşdirilir) ölüb.
Qeyd edək ki, qəza nəticəsində daha iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisənin səbəbi araşdırılır.