Hizbullah Livanın cənubundakı sərhəd kəndinə hücumda İsrailin "elit qüvvələri"ndən 20-dən çox əsgəri öldürdüklərini və yaraladıqlarını açıqlayıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Hizbullah İsrailin şimalında, Livan sərhədinə yaxın Malikiye bölgəsində Merkava tankının idarə olunan raketlə hədəf alındığını və tankın yandırıldığını bildirib.
Hücumda İsrailin “elit qüvvələri”ndən 20-dən çox əsgərin öldürüldüyü və yaralandığı bildirilib.
İsrailin şimalında Krayot bölgəsi və Kiryat Şimonadakı raket qurğuları və artilleriya mövqeləri də hücuma məruz qalıb. Livanın cənubundakı Marun er-Ras qəsəbəsində də İsrail ordusuna aid "hərbi maşın və əsgərlərdən ibarət bir qüvvənin" hədəf alındığı, İsrail əsgərlərinin öldüyü və yaralandığı bildirilib.
İsrailin Livana hücumları nəticəsində isə 1411 nəfər ölüb. İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərlərinə yüzlərlə hava zərbəsi endirib. Hizbullahın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1411 nəfər ölüb.
Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Hizbullah İsrailə raket və raketlərlə cavab verir. Əsasən İsrail tərəfindəki ordu bazalarını hədəf alan bu hücumlarda ciddi dağıntı qeydə alınmayıb.
Ancaq, İsrailin bombardmanları nəticəsində yüz minlərlə insan ölkə daxilində didərgin düşüb. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, on minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.
Nərgiz,
Sitat.info